
ABŞ və İran arasındakı münaqişə noyabrın əvvəlində keçirilməsi planlaşdırılan aralıq konqres seçkilərindən əvvəl başa çata bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Texas ştatında çıxışı zamanı bildirib.
“Düşünürəm ki, seçkilərdən dərhal sonra, amma bəlkə də seçkilərdən əvvəl qalib gələcəyik”, - o qeyd edib.
Tramp İranın iqtisadi çətinliklərlə əlaqədar dağılmağa hazır olduğuna inandığını bildirib.
“Buna görə də, biz çox asanlıqla qalib gələ bilərik”, - Amerika lideri qeyd edib.
Qeyd edək ki, konqresin aralıq seçkiləri 3 noyabrda keçiriləcək və Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının 435 üzvü yenidən seçiləcək.
Tətbiqimizi yükləyə bilərsiniz