
Ukrayna Hindistan, Türkiyə, Misir və ABŞ-dən dörd atəşkəs təklifi alıb.
Yeniavaz.com “Yevropeyskaya Pravda” portalına istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
“Bizim dörd təklifimiz var. Ən geniş təklif Hindistanın təklifidir. Enerji və Qara dənizdə atəşkəs”, - Ukrayna XİN rəhbəri qeyd edib.
Onun sözlərinə görə, Türkiyə və Misir də oxşar təkliflər və atəşkəs variantları irəli sürüblər.
Nazir bildirib ki, ABŞ-dən enerji atəşkəsi ilə bağlı dördüncü təklif də var.
Sibiqa qeyd edib ki, bu, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş zamanı müzakirə olunub.
Tətbiqimizi yükləyə bilərsiniz