Bu yolda zolaq sayı artırıldı


Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində zolaq sayı artırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, buna səbəb Binəqədi qəsəbəsi istiqamətində yaranan nəqliyyat sıxlığının azaldılmasıdır.
Xətlənmə işləri aparılmaqla yeni düzünə hərəkət zolağı təşkil edilib.
Sözügedən yol kəsişməsində əvvəl düzünə hərəkət yalnız bir zolaqla mümkün idi. Dəyişiklikdən sonra nəqliyyat vasitələri hərəkətlərini artıq iki zolaqla davam etdirə bilirlər.
Həyata keçirilən bu layihə nəticəsində kəsişmənin buraxılıcılıq qabiliyyəti artıb, nəqliyyat vasitələrinin fasiləsiz hərəkəti təmin edilib.

DİGƏR XƏBƏRLƏR

Top