
1999-cu illə 2026-cı ilin əvvəlinə olan göstəricilərin müqayisəsi ölkədə uşaqların sayının azaldığını, yaşlı əhalinin sayının isə artdığını göstərir.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 1999-cu ildə Azərbaycanda 0-4 yaş qrupunda 710,9 min nəfər olub.
2026-cı ilin əvvəlinə bu göstərici 539,1 min nəfərə düşüb. Yəni 27 il ərzində bu yaş qrupunda əhalinin sayı 171,8 min nəfər azalıb.
5-9 yaş qrupunda da oxşar vəziyyət müşahidə olunur. 1999-cu ildə bu yaşda 920 min nəfər olduğu halda, 2026-cı ilin əvvəlinə onların sayı 661,7 min nəfər təşkil edib. Bu, 258,3 min nəfərlik azalma deməkdir.
Yaşlı əhali üzrə isə əksinə, artım qeydə alınıb.
1999-cu ildə Azərbaycanda 65-69 yaş qrupunda 199,3 min nəfər olub. 2026-cı ilin əvvəlinə bu rəqəm 496,8 min nəfərə çatıb. Beləliklə, bu yaş qrupunun sayı təxminən 2,5 dəfə artıb.
70 və daha yuxarı yaşda olan əhalinin sayı isə 1999-cu ildə 236,3 min nəfər təşkil edib. 2026-cı ilin əvvəlinə bu göstərici 589,6 min nəfərə yüksəlib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz