
Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev həbs edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.
Bildirilib ki, məhkəmə istintaqın vəsatətini təmin edib və onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ötən gün Baş Prokurorluğun Mətbuat xidməti Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumat yayıb.
Bildirilib ki, 26 sentyabr 2026-cı il tarixində Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib.
“Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz