YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib – 3 nəfər çıxarıldı


Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, yeni tərkibdə 11 nəfərin adı yer alıb.
Yeni tərkibə əvvəlki komissiyanın 10 üzvü daxil edilib. Bunlar Paşazadə Cavanşir, Həsənov Həsən, İbrahimqızı Məlahət, Hüseynov Aydın, Seyidov Səməd, Nəsirov Elman, Qurbanov Sadiq, İskəndərov Vüqar, Hüseynova Badam və Həmzəyev Naqifdir.
Əvvəlki tərkibdə yer alan Hüseynova Sevinc Əmirəhməd qızı, Səfərov Nizami Abdulla oğlu və Musayev Musa Həzi oğlunun adları isə yeni siyahıda yoxdur.
Yeni siyahıya əvvəlki tərkibdə olmayan Samir Vəliyevin adı əlavə edilib.
Beləliklə, Təftiş Komissiyasının üzvlərinin sayı 13 nəfərdən 11 nəfərə endirilib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top