Trampın qadağası minlərlə isveçrəliyə də toxundu

İkili vətəndaşlığı olan minlərlə isveçrəli ABŞ prezidenti Donald Trampın ölkəyə giriş qadağasının qurbanı olub. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın İsveçrədəki səfirliyi bəyan edib. D. Trampın fərmanına əsasən, məhdudiyyətlər 7 ölkəyə - İraq, İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarına şamil edilir. Səfirlikdən qeyd ediblər ki, bu ölkələrin birinin vətəndaşı olan və ya ikili vətəndaşlığı olan şəxslər də ABŞ-a giriş edə və 90 gün ərzində viza ala bilməzlər: “Ameika vizasını artıq almış şəxslər də bu dövr ərzində ABŞ-a gedə bilməzlər”. 1991-2015-ci illər ərzində həmin 7 ölkənin 12 657 vətəndaşı İsveçrə pasportu alıb. Onların arasında İran (4459) və İraq (3138) vətəndaşları üstünlük təşkil edirlər. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp yanvarın 27-də miqrasiya siyasətinin sərtləşdirilməsinə dair bir neçə sənəd imzalayıb. Onlardan biri 7 müsəlman ölkəsindən – İran, İraq, Yəmən, Liviya, Suriya, Somali, Sudan - olan qaçqınların ABŞ-da yerləşdirilməsi proqramının 120 gün müddətinə dayandırılmasını nəzərdə tutur. Ancaq Nyu-York Federal Məhkəməsi prezidentin imzaladığı həmin sənədin icrasını dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top