
Gürcüstandan Azərbaycana bəyan edilməmiş siqaret və tibbi dərmanların keçirilməsinin qarşısı alınıb.
Yeniavaz.com xəbər verir ki, Gürcüstan Vergi Xidmətinin məlumatına görə, hadisə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin nəzarət zonasında baş verib.
Məlumata əsasən, Gürcüstandan Azərbaycana şəkərlə yüklənmiş 3 yük maşınının hərəkət etdiyi müəyyən edilib. Risk qiymətləndirilməsi nəticəsində yük maşınları saxlanılıb və onlardan biri ətraflı yoxlanılıb.
Yoxlama zamanı bəyannaməyə daxil edilməyən 100 min qutu “Milano” siqareti və 1114 ədəd müxtəlif tibbi dərman aşkar olunub.
Vergi Xidmətinin açıqlamasına görə, siqaretlərin ümumi bazar dəyəri 575 min lari (222 min dollar), dərmanların dəyəri isə 485 min laridən çox (187 min dollar) olub.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz