
Səkkizqat “Qızıl top” mükafatının sahibi, argentinalı hücumçu Lionel Messi İspaniyanın “Eldense” futbol klubunun sahibi olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
İndi saziş İspaniya Ali İdman Şurası tərəfindən təsdiqlənməlidir.
Qeyd edək ki, sentyabr ayında “Marca” qəzeti Messinin “Eldense” klubunu almaq barədə razılığa gəldiyini yazmışdı.
Deyilənə görə, bu biznes layihəsi argentinalı futbolçunun öz mirasını futbola yatırmaq istəyindən irəli gəlir. İkinci dərəcəli İspaniya liqasında çıxış edən klub, hücumçunun peşəkar futboldan təqaüdə çıxdıqdan sonra yaşamağı planlaşdırdığı Kataloniya yaxınlığındakı Alikante əyalətində yerləşir.
“Eldense” Messinin 2026-cı ildə əldə etdiyi ikinci komanda olub. Aprel ayında o, Kataloniyada yerləşən “Kornelya” klubunun sahibi olub.
Xatırladaq ki, 39 yaşlı Messi 2023-cü ildən bəri “İnter Mayami” komandasında oynayır. Avropada argentinalı PSJ və “Barselona” komandalarında oynayıb, orada dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və üç dəfə FİFA Klublararası Dünya Kubokunu qazanıb.
Hücumçu FİFA Dünya Kuboku çempionu (2022), iki dəfə Dünya Kubokunun ikincisi (2014, 2026), Olimpiya çempionu (2008) və iki dəfə Copa America qalibidir (2021, 2024).
Messi həmçinin, ən çox "Qızıl Top" mükafatına sahib olan şəxsdir.
O, Argentina millisində 207 oyun keçirib və 125 qol vurub. Messi milli komandanın hər iki kateqoriya üzrə bütün zamanların rekorduna sahibdir. Hücumçu altı Dünya Kubokunda oynayıb. Argentinanın finala yüksəldiyi 2026-cı il Dünya Kubokundan sonra o, milli komandadan ayrılıb.
7 oktyabr gecəsi Messi milli komanda üçün vida matçına çıxacaq.
Tətbiqimizi yükləyə bilərsiniz