Venesuelada ABŞ hərbi bazası yaradıla bilər


ABŞ Prezidenti Donald Tramp Venesuelada Amerika hərbi bazasının yaradılması ehtimalını istisna etməyib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə Ağ Evin Cənub Çəmənliyində ABŞ-nin Venesuelada və ya Cənubi Amerikanın hər hansı digər ölkəsində hərbi baza qurmaq niyyətində olub-olmadığı ilə bağlı sualı cavablandırarkən bildirib.
“Biz çox şey etmək istəyirik. Biz çox yaxşı yola gedirik. Venesuelada vəziyyət əladır. İnsanlar razıdırlar”, - deyə Amerika lideri qeyd edib.
ABŞ lideri həmçinin iki ölkə arasında neft sahəsində əməkdaşlıdan da bəhs edib.
“Biz çoxlu neft alırıq və əla münasibətlərimiz var. Venesuela çoxlu pul qazanır, biz də. Strateji ehtiyatlarımızı Venesuela nefti ilə çox aşağı qiymətə doldurmağa başlayacağıq”, - Tramp əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top