“Bu gün Rusiyada olan silahlar heç kimdə yoxdur” – Putin


“Rusiyaya birbaşa hücum baş verərsə, bütün mövcud silahların istifadəsi qaçılmaz olaraq lərhal gündəmə gələcək”.
Yeniavaz.com
“Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında qeyd edib.
Putin həmçinin qeyd edib ki, NATO ilə birbaşa hərbi münaqişə baş verərsə, qarçı tərəf sayca üstünlüyə malik olacaq, ancaq Rusiyanın belə bir təhlükəyə qarşı durmaq üçün resursları olacaq.
“Bəli, əlbəttə ki, Fransa və Böyük Britaniya nüvə dövlətləridir, ancaq bu gün Rusiyada olan silahlar heç kimdə yoxdur”, - o bildirib.
Rusiya Prezidenti əlavə edib ki, Rusiya tərəfi heç kimi təhdid etmir, sadəcə olaraq müdafiə vasitələrinə sahib olduğunu bildirir.
Qeyd edək ki, “Valday” Diskussiya Klubunun 23-cü iclası 28 sentyabr - 1 oktyabr tarixlərində keçiriləcək. Tədbirdə 40 ölkədən 120 nümayəndə iştirak edəcək.

DİGƏR XƏBƏRLƏR

Top