“Nəvələrim Çin dilində danışır, yanımda tərcüməçi işləyəcəklər” – Putin


Rusiya Prezidenti Vladimir Putin nəvələrinin Çin dilini bildiyini və zarafatla onların tərcüməçi kimi yanında işləyəcəklərini bildirib.
Yeniavaz.com
TASS agentliyinə istinadla xəbər verir ki, o, bu barədə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında qeyd edib.
“Nəvələrim yanımda tərcüməçi işləyəcəklər. Onlar Çin dilində danışırlar”, - Rusiya Prezidenti zarafatla bildirib.
Digər tərəfdən, o, Çin Prezidenti Si Cinpinlə bir-birilərini “sözsüz” başa düşdüklərini qeyd edib.
Putin həmçinin qeyd edib ki, Si Cinpin hələ rus dilində danışmadığı kimi, o da hələ Çin dilində danışmır.

DİGƏR XƏBƏRLƏR

Top