Millətlər Liqası: Azərbaycan Lixtenşteynlə heç-heçə etdi


Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci oyununu keçirib.
Yeniavaz.com
xəbər verir ki, D Liqasında yer alan millimiz II turda Lixtenşteyn millisi ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.
Qarşılaşmanın avstriyalı baş hakim Kristian Petru Çokirka idarə edib.
Azərbaycan millisi qrupdakı ilk matçında səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib.
Millimiz hazırda qrupda 2 xalla ikinci pillədə qərarlaşır. Rəqib isə 1 xalla sonuncu - üçüncü yerdədir. Qrupun lideri 3 xalla Litva millisidir.

DİGƏR XƏBƏRLƏR

Top