
Kriştianu Ronaldonun geyindiyi 7 nömrəli forma “Qalatasaray”ın hücumçusu Rafael Leaoya verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumt Portuqaliyanın Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytında dərc olunmuş Millətlər Liqası protokolunda öz əksini tapıb.
Beləliklə, Leao Millətlər Liqasının qrup mərhələsində cümə axşamı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq Danimarka ilə oyunda 7 nömrəli formada yer alacaq.
Ronaldo 2007/08 mövsümündən bəri Portuqaliya millisində 7 nömrəli forma ilə çıxış edir.
Qeyd edək ki, daha əvvəl Ronaldo Danimarka ilə oyundan əvvəl baş məşqçi ilə münaqişə səbəbindən milli komandadan ayrıldığını bildirmişdi. Hücumçu qərarının səbəblərini gələcəkdə izah edəcəyini qeyd etmişdi. O, turnirin Norveçlə əvvəlki oyununda (2-1) da iştirak etməmişdi.
Xatırladaq ki, Ronaldonun 41 yaşı var. O, beşqat Çempionlar Liqasının, Avropa çempionatının və ikiqat Millətlər Liqasının qalibidir. O, milli komandada ən çox qol vuran oyunçu (146 qol), həmçinin mili komanda ilə ən şox oyun keçirən futbolçudur (234 oyun).
O, 2022-ci ilin dekabr ayından bəri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır. Hücumçu karyerası ərzində Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” klublarında da oynayıb.
Ronaldo karyerasında 979 qol vurub ki, bunlardan 146-sı milli komandasında, 833-ü isə klubunda olub.
Tətbiqimizi yükləyə bilərsiniz