
“Rusiya heç kəsi təhdid etmir və 2029, 2030 və ya 2050-ci illərdə heç kimə hücum etmək niyyətində deyil”.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.
“Biz heç kəsi təhdid etmirik, heç kimə hücum etmək niyyətimiz yoxdur, nə 2029-cu ildə, nə 2030-cu ildə, nə də 2050-ci ildə. Amma təcavüzlə qarşılaşsaq, cavab verməyə məcbur olacağıq. Avropa ölkələrinin vətəndaşları bunu aydın şəkildə başa düşməli və bizim mövqeyimizlə ölkələrindəki müəyyən hazırkı siyasi liderlərin mövqeyi arasında fərq qoymalıdırlar”, - deyə Putin bildirib.
Rusiya lideri həmçinin avropalıların bunu başa düşdüyü fikrini də ifadə edib.
“Bu anlayış mövcuddur və biz bunu məhz seçkilərin nəticələrindən və ən böyük Avropa ölkələrindəki əhval-ruhiyyədən görürük”, - deyə o, yekunlaşdırdı.
Tətbiqimizi yükləyə bilərsiniz