
Tramp administrasiyası 250 mindən çox vizanı ləğv edib.
Yeniavaz.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Tommi Piqott “Fox News” telekanalına bildirib.
“Prezident Tramp və Dövlət katibi Marko Rubionun rəhbərliyi altında Dövlət Departamenti 250 mindən çox vizanı ləğv edib”, - o qeyd edib.
ABŞ Dövlət Departamentinin rəsmisi bunu administrasiyanın Amerika xalqının təhlükəsizliyini təmin etmək üçün sarsılmaz öhdəliyini simvolizə edən tarixi mərhələ adlandırıb.
Piqott qeyd edib ki, hər bir viza qərarı milli təhlükəsizliklə bağlıdır.
“Görünməmiş miqyasda davamlı yoxlamalar vasitəsilə cinayət törədənləri, terrorizmi dəstəkləyənləri, amerikalıları aldadanları və ya immiqrasiya sistemimizdən sui-istifadə edənləri müəyyən edirik”, - o bildirib.
Piqott həmçinin, administrasiyanın ABŞ vizasının hüquq deyil, imtiyaz olması mövqeyini təkrarlayıb.
“Əgər bu imtiyazı pozsanız, onu itiriəcəksiniz”, - Piqott əlavə edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamenti korrupsiya və ya narkotik qaçaqmalçılığına kömək etməkdə şübhəli bilinən Boliviya, Kolumbiya, Ekvador və Perunun bir neçə rəsmisinə qarşı viza məhdudiyyətləri elan etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz