
Kriştianu Ronaldo Portuqaliya milli komandasını icazəsiz tərk etdiyinə görə altı aylıq diskvalifikasiya edilə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Məlumata görə, Portuqaliya Futbol Federasiyasının intizam qaydaları bu cür pozuntulara görə sanksiyalar nəzərdə tutur.
Ronaldo cərimə oluna və ya bir aydan altı aya qədər milli komandadan kənarlaşdırıla bilər.
Qeyd edək ki, 41 yaşlı hücumçu hələ də milli komanda ilə bağlı iki dünya rekorduna sahibdir. O, milli komandada ən çox qol vuran oyunçu (146 qol), həmçinin mili komanda ilə ən şox oyun keçirən futbolçudur (234 oyun).
Xatırladaq ki, oktyabrın 1-də Portuqaliya Millətlər Liqasında Danimarka ilə qarşılaşacaq. İki turdan sonra Portuqaliya A4 qrupuna altı xalla başçılıq edir və Danimarka və Norveçi üç xalla geridə qoyur.
Millətlər Liqası UEFA tərəfindən idarə olunan və Avropa milli komandaları arasında keçirilən beynəlxalq futbol turniridir. Turnir hər iki ildən bir keçirilir və qalib tək illərdə müəyyən edilir. Hazırkı çempion Portuqaliya mili komandasıdır.
Tətbiqimizi yükləyə bilərsiniz