Sosial Xidmətlər Agentliyinin tədbiri tənqidlərə səbəb oldu – Foto


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi və AFFA-nın birgə təşkilatçılığı ilə ahıllar və yüksək texnologiyalı protezlərlə təmin olunmuş müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol yarışı keçirilib.
Yeniavaz.com
xəbər verir ki, nazirliyin məlumatına görə, yarış Vətən müharibəsinin altıncı ildönümü və 1 Oktyabr – Beynəlxalq Ahıllar Gününə həsr olunub.
Tədbirin məqsədinin sosial inteqrasiyanın, sağlam həyat tərzinin təşviqi və asudə vaxtın səmərəli təşkili olduğu bildirilib.
Lakin tədbirlə bağlı sosial şəbəkələrdə bəzi tənqidi fikirlər səsləndirilib. Paylaşımlarda ahıllar və protezlərdən istifadə edən şəxslər üçün futbol əvəzinə daha yüngül və əyləncəli yarışların təşkilinin məqsədəuyğun olduğu qeyd edilib.



 

DİGƏR XƏBƏRLƏR

Top