Ramiz Mehdiyevə bağlılığı olan kredit təşkilatı ləğv olundu


“T-Kredit” Bank olmayan kredit təşkilatı” MMC-yə verilən 28.07.2026-cı il tarixli, BKT-51 nömrəli lisenziya ləğv edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Məlumatda bildirilir ki, “T-Kredit” Bank olmayan kredit təşkilatı” tərəfindən təqdim edilən ərizədən irəli gələrək Mərkəzi Bankının İdarə Heyəti 29 sentyabr 2026-cı il tarixində qərar qəbul edib.
Məlumat üçün bildirək ki, bu ilin iyun ayında “Bank BTB” ASC (VÖEN – 1302164881) adını və təşkilati-hüquqi formasını dəyişərək “T-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrildiyini elan edib.
Mərkəzi Bankın İdarə Heyətinin 5 mart 2026-cı il tarixli Qərarı ilə bankın BOKT-a çevrilməsinə razılıq verilib.
Məlumat üçün bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsus olub.
“Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, dövlət çevrilişinə cəhddə ittiham olunan Ramiz Mehdiyevin gəlinidir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top