Ben Ladeni öldürən əsgər kitab buraxacaq

“Əl-Qaidə” terror qruplaşmasının rəhbəri Usamə ben Ladeni şəxsən məhv etdiyini iddia edən keçmiş amerikalı xüsusi təyinatlı Robert O'Nil fəaliyyəti barədə xatirələr kitabını buraxacaq. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, “Operator” adlı kitab aprelin 25-də dərc ediləcək. Kitabda hərbçinin təqribən 400 hərbi tapşırığın və Ben Ladenin məhv edildiyi reydin daxil olduğu karyerasından bəhs ediləcək. Xatırladaq ki, Ben Laden 2011-ci ilin mayında Pakistanın Abbotabad şəhərində ABŞ xüsusi təyinatlıların xüsusi əməliyyatı zamanı öldürülüb. Ekpsertizanın yekunu üzrə Ben Ladenin cəsədi çox məxfi şəraitdə dənizdə dəfn edilib. 2014-cü ildə 38 yaşlı O'Nil bildirmişdi ki, Ben Ladeni şəxsən özü öldürüb.

DİGƏR XƏBƏRLƏR

Top