Güclü qarın yağması Gürcüstanda problemlərə səbəb olub

Üçüncü gündür ki, ara vermədən yağan güclü qar Gürcüstanın qərbində, o cümlədən Acarıstanda əhalinin böyük hissəsi üçün ciddi problemlərə səbəb olub. "Yeniavaz.com"un apsny.ge saytına istinadən verdiyi məlumata görə, güclü qar əksər bölgələrdə elektrik dirəklərinin aşmasına səbəb olub. Elektrik enerjiisnin verilməsində fasilələr Acarıstanda, Quriyada, Sameqreloda və İmeretidə özünü hiss etdirməkdədir. Yağan qar Batimidə hava limanının fəaliyyətini iflic halına salıb, dəniz limanı isə işini müvəqqəti olaraq dayandırmağa məcbur olub. Buna paralel olaraq qar yollarda nəqliyyatın hərəkətində problemlər əmələ gətirib. Gürcüstanın bəzi yerlərində, o cümlədən Batumidə qarın hündürlüyü yarım metrə, Acarıstanın dağlıq ərazilərində isə iki metrə çatır.

DİGƏR XƏBƏRLƏR

Top