İran nümayəndə heyəti Rubionun tələbi ilə ABŞ-dən çıxarılıb


ABŞ dövlət katibi Marko Rubio sentyabrın 28-də İranın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı (BMT BA) nümayəndə heyətindən ölkəni dərhal tərk etməsini tələb edib.
Yeniavaz.com
“Axios”a istinadla xəbər verir ki, o bu addımı ikitərəfli danışıqlar çıxılmaz vəziyyətə düşdükdən sonra atıb.
“Bazar ertəsi səhəri Ağ Ev həmin günün sonunda İranla danışıqlarda irəliləyişin müşahidə oluna biləcəyini düşünürdü. Lakin günün sonuna qədər danışıqların çıxılmaz vəziyyətə düşdüyü məlum oldu”, - nəşr administrasiyadakı mənbələrə istinadla yazıb.
Onların sözlərinə görə, axşam saatlarında Rubionun tapşırığı ilə ABŞ-nin BMT-dəki Daimi Nümayəndəliyi İran tərəfinə İranın xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətinin dərhal Nyu-Yorkdan geri çağırılmasının vacibliyini bildirib. Bir neçə saat sonra nümayəndə heyətinin nümayəndələri hava limanına gedərək 29 sentyabr gecəsi Dohaya yola düşüblər.

DİGƏR XƏBƏRLƏR

Top