
Portuqaliya millisinin kapitanı və hücumçusu Kriştianu Ronaldo millinin düşərgəsini tərk edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.
Məlumata görə, buna səbəb Ronaldonun baş məşqçi Xorxe Jezusla mübahisəsi olub.
Xorxe Jezusun mətbuat konfransından sonra Ronaldo hava limanına gedib və şəxsi təyyarəsi ilə oranı tərk edib.
“İstədiyimə istədiyimi vəd edə bilərəm. Çünki məşqçi mənəm. Oyunçuya oynamayacağını demişdim: Səni ehtiyat oyunçular skamyasına göndərəcəyəm. Əgər 30 dəqiqəlik ehtiyacım olsa, oynayacaqsan. Ehityacım olmasa, oynamayacaqsan. Heç bir oyunçu məni fikrimi dəyişməyə məcbur edə bilməz”, - Xorxe Jesus jurnalistlərə bildirib.
Qeyd edək ki, bundan əvvəl Portuqaliyanın Millətlər Liqasının qrup mərhələsinin ikinci turunda Norveçi 2-1 hesabı ilə məğlub edib və Ronaldo ehtiyat oyunçu kimi meydana çıxıb. “A Bola” qəzetinin məlumatına görə, Ronaldo Jesusun onu Norveçlə oyunda meydana buraxmamaq qərarına etiraz edib və oyundan sonra komandanın məşqini buraxıb. Bundan sonra Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa milli komandanın yerləşdiyi Malmö şəhərinə uçub və Ronaldo və Jesusla birgə görüş keçirib ki, bu da fikir ayrılıqlarının həllinə kömək edib.
Xatırladaq ki, Ronaldonun 41 yaşı var. O, beşqat Çempionlar Liqasının, Avropa Çempionatının və ikiqat Millətlər Liqasının qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Kuboku tarixində ən çox qol vurma rekorduna sahibdir. Ronaldo 2022-ci ilin dekabr ayından bəri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır. Hücumçu karyerası ərzində Portuqaliyanın “Sportinq”, İngiltərənin ”Mançester Yunayted”, İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” klublarında da oynayıb. Ronaldo karyerasında 979 qol vurub ki, bunlardan 146-sı milli komandasında, 833-ü isə klubunda olub.
Tətbiqimizi yükləyə bilərsiniz