ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi


ABŞ Kubaya qarşı sanksiyaları bir daha sərtləşdirərək, ada dövlətinin maliyyə əməliyyatlarına, o cümlədən özəl sektoruna yeni məhdudiyyətlər tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
ABŞ hakimiyyəti təhlükəsizlik agentlikləri və “Grupo de Administración Empresarial SA” (GAESA) konqlomeratı ilə əlaqəli Kuba qurumları ilə maliyyə əməliyyatlarını qadağan edib.
ABŞ Maliyyə Nazirliyi həmçinin 2024-cü ildən bəri qüvvədə olan və ABŞ banklarına Kuba ilə bağlı dollar ödənişlərini emal etməyə icazə verən ümumi lisenziyanı ləğv edib.
Bundan əlavə, nazirlik ABŞ banklarına müstəqil özəl sektor sahibkarı olan Kuba vətəndaşlarının adına hesablar açmağa və saxlamağa icazə verən səlahiyyəti ləğv edib.
ABŞ Maliyyə Nazirliyi həmçinin Prezident Barak Obama tərəfindən ABŞ vətəndaşları üçün Kubaya icazə verilən müəyyən səyahət kateqoriyalarını da məhdudlaşdırır.
Bunlara mədəni mübadilə proqramları, konfranslar və peşəkar görüşlər daxildir. Bu proqramlarda iştirak etmək üçün artıq ABŞ hakimiyyət orqanlarının icazəsi tələb olunur.

DİGƏR XƏBƏRLƏR

Top