
ABŞ-nin müdaribə naziri Pit Heqset ABŞ Silahlı Qüvvələrində general və admiral vəzifələrinin sayını 20 % azaltmağı planlaşdırır.
Yenavaz.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı sənədlərə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, Heqset sentyabrın əvvəlində Quru Qoşunlarında, Hərbi Dəniz Qüvvələrində, Hərbi Hava Qüvvələrində və hərbçilərin birləşmiş kadr ehtiyatında ixtisar planlarını təsdiqləyib.
ABŞ Silahlı Qüvvələrinə dəyişiklikləri həyata keçirmək və ixtisarları 2027-ci il yanvarın 1-nə dək başa çatdırmaq tapşırılıb.
Pentaqon rəhbərinin çərşənbə günü Kuantikoda (Virciniya ştatı) silahlı qüvvələrin vəziyyətinə və gələn il üçün prioritetlərə həsr olunmuş çıxışı zamanı planlarI rəsmi olaraq elan edəcəyi gözlənilir.
Heqsetin əvvəlki sərəncamında fəaliyyətdə olan dörd ulduzlu generalların və admiralların sayının 20 %, eləcə də Milli Qvardiya generallarının sayının 20 % ixtisarını nəzərdə tuturdu.
Tətbiqimizi yükləyə bilərsiniz