ABŞ-də məhkəmə o edamı dayandırdı – Son 200 ildə ilk olacaqdı…


ABŞ Ali Məhkəməsi 50 yaşlı Krista Paykın edamının dayandırılması barədə qərar verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Məlumata görə, məhkəmə qərarı 30 sentyabrda Neşvilldəki xüsusi rejimli cəzaçəkmə müəssisəsində planlaşdırılan edamdan bir neçə saat əvvəl verib.
Məhkəmənin qərarı, Paykın vəkillərinin edam prosesinin dayandırılması üçün Ali Məhkəməyə müraciət etməsindən sonra verilib.
Belə ki, 29 sentyabrda Tennessi Ali Məhkəməsi ölüm cəzası qərarına müdaxilə etməkdən imtina edbi və qubernator Bill Li Paykın ölüm hökmünün ömürlük həbs cəzası ilə əvəz edilməsi tələbini rədd edib.
Əgər hökm qüvvədə qalsa idi, bununla da, Payk 1820-ci ildən bəri Tennessi ştatında edam edilən ilk qadın olacaqdı.
Qeyd edək ki, Krista Payk cinayəti.1995-ci ildə 18 yaşında törədib. O, 19 yaşlı qrup yoldaşı Kollin Slemmeri qətlə yetirib.
Prokurorluğun məlumatına görə, sevgilisinin Slemmerlə münasibətinə qısqanan Payk onu təcrid olunmuş bir yerə aparıb və sevgilisi ilə birlikdə onu işgəncə verərək öldürüb.
Qətlin qəddarlığı, iştirakçıların yaşının azlığı, həmçinin qurbanın bədənində şeytan simvolunun həkk olunması bu işin geniş rezonans doğurmasına səbəb olub.
1996-cı ildə Payk birinci dərəcəli qətldə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib və bununla da, o, ABŞ-nin müasir tarixində ölüm cəzasına məhkum edilmiş ən gənc qadın olub.
Payk günahını boynuna alsa da, müdafiə tərəfi cinayət törədilən zaman onun yaşını, uşaqlıqda zorakılığa məruz qalma tarixçəsini, bipolyar pozğunluq və posttravmatik stress pozğunluğu tarixçəsini əsas gətirərək ölüm hökmünü qeyri-mütənasib hesab edib.
Ancaq qurbanın anası ölüm hökmünün icrasını tələb edib. 
Xatırladaq ki, ABŞ-də qadınlara qarşı edamlar nadir hallarda baş verir. Son 50 ildə ölkədə 18 qadın edam edilib ki, bu da bütün edamların 1%-ni təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top