Əraqçi Pezeşkiana ABŞ-nin yeni təkliflərini təqdim etdi


İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının açılması və dialoqun bərpa edilməsi üçün Amerika tərəfinin yeni təkliflərini İran Prezidenti Məsud Pezeşkiana təqdim edib
Yeniavaz.com
xəbər verir ki, bu barədə İRNA agentliyi İran hökumətinin nümayəndəsinə istinadla məlumat yayıb.
Agentlik təklifin təfərrütalarını açıqlamayıb.
Digər tərəfdən, ABŞ vasitəçilər vasitəsilə İranın xarici işlər naziri Abbas Əraqçiyə Tehranın sözügedn məsələlərlə bağlı əvvəllər təklif etdiyi yeddi şərtə cavabını çatdırıb.
Bu barədə hökumətin rəsmi nümayəndəsi Fatimə Mühacirani bildirib.
Qeyd edək ki, bundan əvvəl Əraqçi BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka bir həftəlik səfər etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top