Bu şirkət sonu “33 manat” ilə bitən tenderlərin qalib olur?


Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “7GÜL” MMC (VÖEN – 1703068701) olub.
Mədəniyyət Nazirliyi tədbirlər, festivallar, təltiflər və digər əlamətdar günlər üçün güllərin və əklillərin satınalınması üçün “7GÜL” MMC-yə 177 min 733 manat 96 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “7GÜL” MMC 3 iyun 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Məcid Nəsimi oğludur.
Onu da qeyd edək ki, “7GÜL” MMC-nin qalib olduğu tender müsabiqələrinin əksəriyyətində ayrılan məbləğin sonu “33” rəqəmi ilə bitir.
“7GÜL” MMC-nin son 2 ildə qalib olduğu müsabiqələrdə tender məbləği aşağıdakı kimi olub:
14.06.2024-ci ildə Mədəniyyət Nazirliyindən 133 033 manat 20 qəpik;
08.10.2024-ci ildə Dövlət Radiotezliklər İdarəsidən 100 333 manat 4 qəpik;
13.11.2025-ci ildə Mədəniyyət Nazirliyindən 247 733 manat 92 qəpik;
24.09.2026-cı ildə Dövlət Radiotezliklər İdarəsidən 68 333 manat 80 qəpik;
30.09.2026-cı ildə Mədəniyyət Nazirliyindən 177 733 manat 96 qəpik.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top