
Xətai rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Yeniavaz.com DİN-ə istinadla xəbər verir ki, rayon ərazisində yerləşən evlərin birindən 4400 manat dəyərində noutbuk və digər əşyalar talanıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Səlimov müəyyən olunaraq saxlanılıb:
“Bundan başqa, Səbail rayonu ərazisində 1000 manat dəyərində velosiped oğurlamaqda şübhəli bilinən M.Cəfərov və Xəzər rayonunda elektrik naqillərini talamaqda şübhəli bilinən B.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma aparılır”.
Tətbiqimizi yükləyə bilərsiniz