
2026-cı ilin ikinci rübündə 2 140 Gürcüstan vətəndaşı Avropa İttifaqı ölkələrindən üçüncü ölkələrə qaytarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsi (“Eurostat”) məlumat yayıb. Məlumata görə, həmin dövrdə Aİ-dən ən çox Türkiyə vətəndaşları qaytarılıb – 3 765 nəfər. İkinci yerdə 2 770 nəfərlə Suriya, üçüncü yerdə isə 2 140 nəfərlə Gürcüstan qərarlaşıb.
Ümumilikdə, 2026-cı ilin ikinci rübündə Aİ ölkələri 110 min 335 qeyri-Aİ vətəndaşının ölkəni tərk etməsi barədə qərar qəbul edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz azdır.
Eyni zamanda, Aİ-dən üçüncü ölkələrə 36 min 825 nəfər qaytarılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz çoxdur.
Ölkələr üzrə ən çox deportasiya qərarı Fransada (32 min 420), Portuqaliyada (11 min 190) və Almaniyada (8 min 160) qəbul edilib.
Üçüncü ölkələrə qaytarılanların sayına görə isə Almaniya 8 min 400 nəfərlə ilk sıradadır. Fransada 3 min 825, Polşada isə 3 min 5 nəfər geri qaytarılıb.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz