Böyük Britaniya yenidən Avropa İttifaqına qoşulmaq istəyir


Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmaqla bağlı referendumundan (Brexit) 10 ildən çox vaxt keçdikdən sonra ölkənin baş naziri ilk dəfə olaraq blokla mümkün yenidən birləşmə məsələsini açıq şəkildə qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, BBC-yə verdiyi müsahibədə Endi Börnhem bu ilin sonlarında keçiriləcək Böyük Britaniya-Aİ sammitində müzakirə etməyi planlaşdırdığı üç mövzunu açıqlayıb.
Börnhem bildirib ki, bunlar Aİ-yə qayıtmaq, vahid bazara qoşulmaq və Gömrük İttifaqına qoşulmaqdır.
Baş nazirinsözlərinə görə, o, “Brexit”in xeyirdən çox zərər verdiyinə əmindir və vətəndaşlar da bununla razılaşırlar:
“İyun referendumunun 10-cu ildönümü ərəfəsində keçirilən sorğular göstərib ki, britaniyalıların 52%-i Ai-yə qayıtmağın lehinə, 33%-i isə əleyhinədir. Müqayisə üçün, referendumun özündə “Brexit”in lehinə 51,9%, əleyhinə isə 48,1% səs verilmişdi”.

DİGƏR XƏBƏRLƏR

Top