
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin (açıq tender) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Tuna” QSC (VÖEN – 1700294531) seçilib.
Qeyd edək ki, tender müsabiqəsi çap məhsullarının satın alınması ilə bağlıdır. Çap olunacaq 182 adda məhsul üçün Dövlət Xidməti QSC-yə 231 min 693 manat 37 qəpik ödəyəcək.
Onu da bildirək ki, çap olunan məhsullar arasında məxfi olduğu bildirilən sənədlər də olacaq. Bunlardan biri (2 316 ədəd) dövlət sirri ilə işləməyə buraxılan şəxsin məlumatlılığının qeydiyyat vərəqəsi (Forma 16), digəri isə (2 966 ədəd) sənədin təhvil-təslim vərəqəsidir.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2 milyon 19 min 900 manat olan “Tuna” QSC-nin hüquqi ünvanı Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 21, mənzil 3-də yerləşir. 1998-ci ildə dövlət qeydiyyatına alınan QSC-nin qanuni təmsilçisi Rizvanov Rövşən İsa oğludur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz