“Bayer” Çalhanoğluya xəbərdarlıq etdi

“Bayer” Leverkuzen klubun türkiyəli futbolçusu Hakan Çalhanoğluna sosial şəbəkələrdə siyasi paylaşımlarına görə xəbərdarlıq edib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klubun mətbuat katibi Dirk Mesx futbolçu ilə söhbət etdiklərini və özünü ifadə azadlığının siyasətin təbii halı olaraq bu cür mövzularda problem yarada biləcəyini deyib. H. Çalhanoğlu “Vest Hem”də çıxış edən digər türkiyəli futbolçu Gökhan Törenin “challenge” heşteqi vasitəsilə sosial media hesabından video yayımlayaraq “Gökhan qardaşım, mesajını aldım. Vətənimiz, millətimiz, böyük Türkiyəmiz üçün mən də varam” demişdi. Mətbuat katibi oyunçuyu gələcəkdə siyasi mövzularla bağlı şərh etməməsi ilə bağlı xəbərdarlıq edib. Qeyd edək ki, bu paylaşımlar Türkiyədə konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək referendumda “bəli” (dəyişikliklərin lehinə) kampaniyası çərçivəsində aparılır. H. Çalhanoğlu mövzu ilə bağlı açıqlama verməkdən qaçınıb.

DİGƏR XƏBƏRLƏR

Top