Bu il dünyanın ən böyük 20 iqtisadiyyatında nə qədər artım olacaq? – Siyahı


Beynəlxalq Valyuta Fondunun 2026-cı ilin iyul ayında açıqladığı son proqnozlara əsasən, dünyanın ən böyük 20 iqtisadiyyatı (G20) arasında ən yüksək iqtisadi artımın Hindistanda qeydə alınacağı gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, Hindistan 6,4 faizlik artım proqnozu ilə G20 ölkələri arasında ilk sırada qərarlaşıb.
İndoneziya üçün 5 faiz, Çin üçün isə 4,6 faiz artım gözlənilir. Argentina 3,5 faizlə dördüncü, Türkiyə isə 2,9 faizlə beşinci yerdədir. Cənubi Koreya üçün 2,6 faiz, Braziliya üçün 2,4 faiz, ABŞ üçün isə 2,3 faiz iqtisadi artım proqnozlaşdırılıb.
Avstraliyanın 1,9 faiz, Səudiyyə Ərəbistanının 1,7 faiz, Meksikanın isə 1,2 faiz böyüməsi gözlənilir.
Avropanın aparıcı iqtisadiyyatlarında isə artım tempinin daha aşağı olacağı proqnozlaşdırılır. Birləşmiş Krallıq üçün 1 faiz, Almaniya üçün 0,7 faiz, Fransa üçün 0,6 faiz, İtaliya üçün isə cəmi 0,5 faiz artım gözlənilir.
İtaliya G20 ölkələri arasında 2026-cı il üçün ən aşağı iqtisadi artım proqnozuna malik ölkədir.
ABŞ iqtisadiyyatının isə 2,3 faiz böyüməsi gözlənilir. Proqnoza əsasən, süni intellekt, texnologiya və rəqəmsal infrastruktura qoyulan investisiyalar ölkədə iqtisadi fəallığı dəstəkləyən əsas amillərdən biri olacaq.
Hindistanda iqtisadi artımın dövlət investisiyaları və istehlak xərcləri, İndoneziyada isə resursların emalı və infrastruktur layihələri hesabına dəstəklənəcəyi gözlənilir.
Çində isə 4,6 faizlik artım proqnozlaşdırılır. Bu göstərici əvvəlki onilliklərlə müqayisədə daha aşağıdır. Ölkənin iqtisadi artımına daşınmaz əmlak sektorundakı zəiflik və demoqrafik dəyişikliklər təsir edən amillər sırasında göstərilir.
2026-cı il üzrə G20 ölkələrinin real ÜDM artımı proqnozu aşağıdakı kimi olacaq:
Hindistan – 6,4%;
İndoneziya – 5,0%;
Çin – 4,6%;
Argentina – 3,5%;
Türkiyə – 2,9%;
Cənubi Koreya – 2,6%;
Braziliya – 2,4%;
ABŞ – 2,3%;
Avstraliya – 1,9%;
Səudiyyə Ərəbistanı – 1,7%;
Meksika – 1,2%;
Avropa Birliyi – 1,2%;
Kanada – 1,1%;
Rusiya – 1,1%;
Cənubi Afrika – 1,1%;
Birləşmiş Krallıq – 1,0%;
Almaniya – 0,7%;
Fransa – 0,6%;
Yaponiya – 0,6%;
İtaliya – 0,5%.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top