Qətərin ABŞ və İranı uzlaşdırmaq səyləri uğursuz oldu – KİV


Qətər vasitəçilərinin bu həftə ABŞ və İran arasında münasibətlərdə diplomatik irəliləyiş əldə etmək səyləri uğursuz olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” məlumatlı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, bunun səbəbi tərəflərdən heç birinin güzəştə getmək istəməməsidir.
“Onlar çıxılmaz vəziyyətə düşüblər. İranlılar ABŞ-nin etməyə hazır olmadığı şeyi tələb edirlər. ABŞ isə qalib gəldiyini düşünür, ona görə də güzəştə getməyə ehtiyac görmür”, - nəşrin həmsöhbətlərindən biri bildirib.
Qeyd olunub ki, getdikcə hərbi münaqişənin yenidən başlama ehtimalı artır:
“Amerika hakimiyyəti hesab edir ki, ABŞ Prezidenti Donald Tramp ara seçkilərdən sonra genişmiqyaslı hərbi əməliyyatların bərpasına əmr verə bilər”.
Qeyd edək ki, bazar ertəsi günü Nyu-Yorkda Qətər diplomatı Əli əl-Təvadi İranın xarici işlər naziri Abbas Əraqçi və onun komandası ilə çoxsaylı görüş keçirib. Onlar Qətərin iki səhifəlik kompromis təklifini müzakirə ediblər.
Mənbələr bildirirlər ki, Qətərin planı İranın ABŞ-nin dəniz blokadasının qaldırılması tələbini və ABŞ-nin İrana nüvə təhlükəsizliyi zəmanətləri vermək tələbini təmin etməyə yönəlib.
Həmin axşam qətərli vasitəçi Vaşinqtonda Trampın baş müşaviri Cared Kuşner və digər ABŞ rəsmiləri ilə də danışıqlar aparıb.

DİGƏR XƏBƏRLƏR

Top