
51 yaşlı Ancelina Coli Los-Ancelesdəki tarixi malikanəsini 24,75 milyon dollara satıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.
Məlumata görə, evin sahəsi 11 000 kvadrat fut (təxminən 1022 kvadrat metr) təşkil edir.
Mülk ümumilikdə iki akr (təxminən 0,80 hektar) ərazini əhatə edir.
Bu mülk bir vaxtlar rejissor Sesil B. DeMillə məxsus olub. Malikanədə altı yataq otağı və on vanna otağı var.
Coli evi 2017-ci ildə 24,5 milyon dollara alıb və Bred Pittdən boşandıqdan sonra ora köçüb.
Nəhəng sirk haqqında çəkdiyi "Yer üzündə ən böyük şou" filminə görə Oskar mükafatı alan Sesil B. DeMil 1881-ci ildən 1959-cu ilə qədər burada yaşayıb.
Geniş evdən əlavə, mülkdə ayrıca girişi olan 1000 kvadrat futluq (təxminən 93 kvadrat metr) qonaq studiyası, 40 futluq (təxminən 12 metr) üzgüçülük hovuzu, bilyard evi, fitnes studiyası, çay evi və mühafizə postu olan qaraj da var.
Evdə həmçinin camaşırxana, işçilər üçün yaşayış yeri var.
Ərazi əsrlik ağaclar və çəmənlərlə əhatə olunur.
Pəncərələrdən Hollivud təpələrinin, Hollivud lövhəsinin və Qriffit Rəsədxanasının mənzərələri açılır.
Ev 1913-cü ildə memar B. Kuper Korbett tərəfindən layihələndirilib. DeMil onu 1916-cı ildə satın alıb və malikanə 1980-ci illərin sonlarına qədər onun ailəsinin mülkiyyətində qalıb.
Qeyd edək k, Coli əvvəllər ən kiçik övladları əkizləri Knoks və Viviennenin 18 yaşı tamam olduqdan sonra Los-Ancelesi tərk edib xaricə köçməyə hazır olduğunu bildirmişdi.
Aktrisanın qarşıdakı dövrdə uşaqlarını ziyarət etməyə, beynəlxalq fəaliyyətlərinə daha çox vaxt ayırmağa və Kambocadakı evində şox qalmağa hazırlaşdığı bildirilir.

Tətbiqimizi yükləyə bilərsiniz