40 il idi ki, ölüm hökmünü gözləyirdi – Azadlığa buraxılacaq


1985-ci ildə Yuta sakini Eva Oleseni qətlə yetirdiyinə görə edam cəzasına məhkum edilmiş 71 yaşlı Duqlas Stüart Karter girov müqabilində azadlığa buraxılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.
Məlumata görə, bu qərar, təkrar müayinənin Karterin DNT-sinin cinayət yerindən götürülmüş bioloji izlərlə uyğun gəlmədiyini göstərməsindən sonra verilib.
Münsiflər heyətinin ilkin hökmü məhkumun etirafına və qətl barədə onlara danışdığını iddia edən iki şahidə əsaslanıb.
Lakin müstəntiqlərin onun cinayət yerində olduğunu sübut edən heç bir maddi sübutu olmayıb. Həmçinin, hər iki şahid sonradan ifadələrini geri götürüblər.
Karter özü isə cinayəti təhdid altında etiraf etdiyini bildirib.
2024-cü ildə Yuta Ali Məhkəməsi müstəntiqlərin qanunsuz hərəkətlərini aşkar etdikdən sonra istintaqın yenidən açılması barədə qərar qəbul edib.
Buna baxmayaraq, zərərçəkmişin qohumları məhkumun azadlığa buraxılmasına etiraz edirlər. Eva Olesenin gəlini ailənin istintaqın davam edəcəyinə ümid etdiyini bildirib. O hesab edir ki, cinayət yerindəki DNT-nin Karterə məxsus olmaması onun tam günahsız olduğunu sübut etmir.

DİGƏR XƏBƏRLƏR

Top