UEFA prezidenti İnfantinonu istefa verməyə çağırdı


“FİFA prezidenti Canni İnfantinonun istefa vermək vaxtıdır”.
Yeniavaz.com
“L'Equipe” qəzetinə istinadla xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin Kopenhagendə keçirilən Avropa Futbol Klubları Assosiasiyasının iclasında bildirib.
“Artıq “bəsdir” demək vaxtıdır. Təsəvvür edin ki, arxanızca mirasınızı satmaq barədə müzakirələr aparırlar. Futbol onu idarə edənlərdən daha vacibdir. Heç kimin gələcəyini satmaq hüququ yoxdur: futbol satılmır", - deyə Çeferin İnfantinonun adını çəkmədən bildirib.
Qeyd edək ki, iyul ayında İnfantinonun təşkilatın flaqman kişi və qadın yarışlarına nəzarət edəcək bir şirkət yaratmaq istədiyi məlum oldu. O, “FIFA Forward Enterprise”in yaradılmasının FIFA-ya üzv assosiasiyaların gəlirlərini artıracağına və dünya miqyasında futbolun inkişafına töhfə verəcəyinə inandığını bildirib.
FIFA bu sxemin 4,2 milyard dollar toplaya biləcəyini qeyd edib. Təşəbbüs rəsmilər, federasiyalar və digər təşkilatlar tərəfindən geniş tənqidə məruz qaləb və bundan sonra İnfantino bu ideyadan imtina edib.
Xatırladaq ki, 56 yaşlı İnfantino 2016-cı ilin fevral ayında keçirilən fövqəladə konqresdə FİFA prezidenti seçilib. Daha sonra o, iki dəfə rəqibsiz yenidən president olub.
Növbəti FİFA prezident seçkiləri 2027-ci ilin mart ayında keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top