Türkiyə-Yunanıstan gərginliyi: yunan katerləri türk sularına daxil oldu

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və qoşun komandanlarının ötən bazar günü təftiş üçün getdiyi Kardak qayalıqları ətrafında bu gün gərginlik yaşanıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kardak adasını keçərək Türkiyənin su sərhədlərinə daxil olan 2 yunan kateri ərazidəki türk əsgərlərinin mane olması ilə öz su sərhədlərinə qayıdıb. Gərginlik 45 dəqiqə davam edib. Türkiyənin sahil təhlükəsizlik heyətinə aid 1 sərhəd kateri olmaqla 5 kater Kardak qayalıqları ətrafında nəzarəti davam etdirir. Xatırladaq ki, tarixə Kardak böhranı kimi düşən hadisə 1996-cı yanvar ayında baş verib. “Figen Akat” adlı türk gəmisi 25 dekabr 1995-ci il tarixində Egey dənizində Kardak qayalıqlarındakı quru əraziyə çıxdı. Bu hadisədən sonra Yunanıstan dəniz qəzasının öz su sərhədlərində olduğunu iddia etdi. Türkiyə isə həmin ərazinin özünə məxsus olduğunu bəyan etdi. Yunanıstan ordusu bir müddət sonra şərqdəki kiçik adaya əsgər göndərərək bayraq sancdı. Türkiyənin keçmiş baş naziri Tansu Çillər “O bayraq enəcək, o əsgər gedəcək” deyərək ölkə ordusunun müharibəyə hazır olduğunu bildirdi və yanvarın 30-da adaya əsgər göndərilməsini istədi. Türk SAT və SAS komandaları Şərqi Kardağı mühasirəyə alan yunan donanmasının arasından keçərək yaxınlıqdakı ikinci adaya (Qərbi Kardak) gecə əməliyyatı keçərməklə türk bayrağını sancdı. Daha sonra ABŞ və NATO-nun işə müdaxiləsi ilə gərginlik azaldıldı və böhrandan əvvəlki vəziyyətə qayıdıldı.

DİGƏR XƏBƏRLƏR

Top