
Tramp administrasiyası korrupsiya ittihamları ilə əlaqədar 27 Latın Amerikası rəsmisinin və onların ailə üzvlərinin vizalarını ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.
Məlumata görə, sanksiya tətbiq edilən şəxslərin siyahısına Boliviyanın baş prokuroru Rocer Mariaka da daxildir. Digər tərəfdən, siyahıda eyni ölkədən 20-dən çox prokuror və hakim var.
Agentliyin məlumatına göeə, bu təşəbbüs ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən Qərb yarımkürəsində demokratik idarəçiliyin müdafiəsi strategiyasının bir hissəsi olaraq həyata keçirilib.
Agentlik qeyd edib ki, seçilmiş demokratik hökumətlərin fəaliyyətinə xələl gətirmək qitədə təhlükəsizliyə və qanunun aliliyinə təhdid yaradır və buna görə də, bu cür hərəkətlərə yol verilməyəcək.
Məhdudiyyətlər Boliviya, Kolumbiya, Ekvador və Peru rəsmilərinə şamil edilir. Bütün bu ölkələrə Vaşinqtonla dostluq münasibətləri saxlayan sağçı liderlər rəhbərlik edir.
Digər tərəfdən, Ağ Ev vizaların ləğvini korrupsiyaya qarşı daha geniş kampaniyanın bir hissəsi kimi təqdim edir və xüsusilə korrupsiyalaşmış məmurlar, qanunsuz immiqrasiya və narkotik qaçaqmalçılığı arasındakı əlaqələrə diqqət yetirir. Bu addımlar cinayətkar təşkilatların maraqları naminə fəaliyyət göstərən qondarma “blok” üzvlərinin yaratdığı maneələrə cavab kimi qəbul edilir.
Tətbiqimizi yükləyə bilərsiniz