Rusiya müdafiə xərclərini rekord səviyyədə artıracaq – “Reuters”


Rusiya 2027-ci ildə müdafiəyə 17,1 trilyon rubl (202,58 milyard dollar) xərcləməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi hökumət sənədlərinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, bu, planlaşdırılan büdcədən 13,5 trilyon rubl (təxminən 27%) çoxdur.
Agentliyin qeyd etdiyi kimi, bu, 2022-ci ildə Ukrayn ilə müharibənin başlanğıcından bəri ən yüksək göstəricidir.
Bu sənədlərə görə, növbəti üç il ərzində müdafiə xərclərinin ümumi məbləği 50 trilyon rubl (595,6 milyard dollar) təşkil edəcək.
2026-cı il üçün isə Rusiya müdafiəyə 12,1 trilyon rubl xərcləməyi planlaşdırırdı. Lakin faktiki məbləğ məxfi saxlanılır və ictimaiyyətə açıqlanmır.
Digər tərəfdən, bəzi hərbi xərclərin büdcənin digər maddələrində əks olunması da istisna deyil.

DİGƏR XƏBƏRLƏR

Top