İran əsir götürülən ABŞ hərbçilərinə görə mükafat vəd etdi


İran Silahlı Qüvvələri, ölkəyə hücum edəcəkləri təqdirdə, ABŞ hərbçilərini əsir götürən İran vətəndaşlarına mükafat vəd edib.
Yeniavaz.com
SNN agentliyinə istinadla xəbər verir ki, bu barədə İran ordusunun rəsmi nümayəndəsi general Məhəmməd Əkrəminiya bildirib.
Onun sözlərinə görə, qadınlar kişilərə nisbətən iki dəfə çox məbləğ alacaqlar.
“İran ərazisinə hücum edən Amerika hərbçisinin cəsədini verən və ya əsir götürən hər bir iranlı 50 milyard rial (təxminən 20 000 dollar) mükafat alacaq və əgər bir qadın bunu edərsə, mükafat ikiqat - 100 milyard rial (təxminən 40 000 dollar) olacaq", - ordu rəsmisi qeyd edib.
Əkrəminiya həmçinin qeyd edib ki, İran oxşar hərəkətlərə görə regiondakı digər ölkələrin sakinlərinə də pul kompensasiyası ödəmək imkanını nəzərdən keçirə bilər.

DİGƏR XƏBƏRLƏR

Top