"The Guardian" Trampı Ərdoğana bənzətdi

İngiltərənin tanınmış media qrumlarından biri olan "The Guardian"ın yazarı Liz Kukmən ABŞ prezidenti Donald Tramp haqda yazıb. "Yeniavaz.com" xarici KİV-ə istinadən xəbər verir ki, yazının başlığı belədir: "Əgər ABŞ-ın gələcəyini görmək istəyirsinizsə Türkiyəyə baxın". Müəllif yazıda Trampın siyasətindən qorxanlara səslənib: "Ərdoğan, bütün bunları çoxdan eləyib".

Türkiyədəki rejimi qınayan L.Kukmən, əgər Trampa qarşı çıxılmazsa nələr olacağını açıqlayır: "Bu liderlər, ölkələrini inkişaf etdirməkdən çox şəxsi güclərini artıran özlərindən razı eqoistlərdir. Türkiyə haqqında bir neçə məqalə oxuyub, rəy bölməsinə "Oyanın, Ərdoğan diktatordu" demək asandı. ABŞ-a baxın, bu iş belə başlayır. Böl və idarə et. Unutmamaq lazımdır ki, Türkiyə yaxın zamana qədər Yaxın Şərqin demokratik ölkəsi kimi təqdim olunurdu. Amma cəmi bir neçə ildən sonra ölkədə böyük dəyişikliklər oldu".

Müəllif ABŞ mediası haqda da yazıb. Onun sözlərinə görə, ABŞ-da müstəqil mətbuatın pislənməsinə qarşı çıxılmalıdır: "Ərdoğanın Türkiyə üçün yaxşı olmadığı kimi, Tramp da ABŞ üçün yaxşı deyil. Hər ikisi də ölkələrinin siyasi quruluşunu dəyişdirir. Səs çıxarmadan, birlikdə çalışaraq Tramp kimi insanlara rəsmi ziyarət göndərərək onların əlinə daha çox güc veririk".

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top