
Sumqayıt şəhəri, 6-cı mkr, bina 33-də yerləşən obyekt hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 2 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin sahəsi 405,4 kvadrat metrə bərabərdir. 14 otaqdan ibarət olan obyektin minimum satış qiyməti 661 min 300 manat təşkil edir.
Qeyd edək ki, hərrac vasitəsilə satışa çıxarılan obyektdə “A.N.S.” kafesi fəaliyyət göstərib.




Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz