Rusiyadan Azərbaycana nağd pul gətirilməsi ilə bağlı qadağa – Putin sərəncam imzaladı


Rusiya Prezidenti Vladimir Putin fiziki şəxslər üçün 1 milyon rubldan (təxminən 20,2 min AZN) artıq nağd rublun Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə (Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan) və Azərbaycan, Tacikistan və Özbəkistana aparılmasını qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, müvafiq sərəncam Rusiya Prezidentinin rəsmi saytında dərc olunub.
“Rusiya Federasiyasından Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə, Azərbaycan Respublikasına, Tacikistan Respublikasına və Özbəkistan Respublikasına fiziki şəxslər tərəfindən məbləği 1 milyon rubldan çox olan Rusiya Federasiyasının nağd valyutasının, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən isə məbləğindən asılı olmayaraq nağd valyutanın çıxarılmasına qadağa qoyulsun”, – sənəddə deyilir.

DİGƏR XƏBƏRLƏR

Top