Xaricdən gətirilən benzinin gömrük dəyəri 25% artıb


Bu ilin ilk 7 ayında Azərbaycana xarici ölkələrdən 99 milyon 922,16 min dollar dəyərində 138 milyon 251 min litr 95 oktanlı mühərrik benzini gətirilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan 95 oktanlı benzinin 1 litrinin orta gömrük dəyəri 0,72 dollar (1,22 manat) təşkil edib.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə ölkəyə idxal olunan 95 oktanlı mühərrik benzinin 1 litrinin orta gömrük dəyəri 0,58 dollar (0,99 manat) olub.
Açıqlanan məlumatdan da göründüyü kimi, son bir ildə idxal olunan 95 oktanlı benzinin gömrük dəyəri 25% artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top