Türkiyə Mərkəzi Hakimlər Şurasının sədri saxlanıldı


İstanbulun 4 rayonunda keçirilən əməliyyat zamanı Türkiyə Mərkəzi Hakimlər Şurasının (MHK) sədri Ferhat Gündoğdu, həmçinin hakim və müşahidəçilərin də daxil olduğu 6 nəfər mobbinq və rəsmi sənəddə saxtakarlıq ittihamları ilə saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan “Rəsmi sənəddə saxtakarlıq” istintaqı çərçivəsində bir zərərçəkənin ifadəsi əsasında sözügedən şəxslər barəsində araşdırma başladılıb.
Saxlanılan şəxslərin adları müəyyənləşib:
Ferhat Gündoğdu – MHK sədri;
Ferdi Karadoruk – Türkiyə Futbol Federasiyası (TFF) Fəal Hakimlər Dərnəyinin sədri;
Ahmet Şahin – TFF Mərkəzi Hakimlər Şurasının keçmiş sədr müavini;
Yunus Yıldırım – TFF Mərkəzi Hakimlər Şurasının keçmiş üzvü;
Sebahattin Şahin – MHK üzvü, TFF-nin Təhsil və 4-cü Region üzrə məsul şəxsi;
Alican Sağlar – TFF Hakimləri və Müşahidəçiləri Dərnəyinin İstanbul bölməsinin təşkilati məsələlər üzrə məsul şəxsi;
Emre Kosif – TFF Hakimləri və Müşahidəçiləri Dərnəyinin İstanbul İl Hakimlər Şurasının sədri.

DİGƏR XƏBƏRLƏR

Top