
Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin səlahiyyətli heyətinin 1,55 milyon hərbi qulluqçu da daxil olmaqla 2,44 milyondan çox şəxsi heyətə qədər artırılması barədə fərman imzalayıb.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, müvafiq sənəd rəsmi hüquqi informasiya portalında dərc edilib.
“Rusiya Silahlı Qüvvələrinin səlahiyyətli sayı 1 550 500 hərbi qulluqçu da daxil olmaqla 2 441 630 ədəd müəyyən edilsin. Rusiya Hökuməti bu fərmanın 1-ci bəndinin həyata keçirilməsi üçün zəruri olan büdcə vəsaitlərinin Rusiya Müdafiə Nazirliyinə federal büdcədən ayrılmasını təmin etsin”, - sənəddə qeyd edilib.
Sənəd imzalandığı gündən qüvvəyə minib.
Tətbiqimizi yükləyə bilərsiniz