Naftalanın yeni icra başçısı kimdir? – Dosye


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov  Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeniavaz.com
yeni icra başçısnın dosyesini təqdim edir.
Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anadan olub. 2005-2009-cu illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitet) beynəlxalq hüquq fakültəsində hüquqşünas ixtisası üzrə bakalavriat təhsili alıb.
2009-2011-ci illərdə Böyük Britaniyanın London şəhərində Regents Universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb. 2015-2017-ci illərdə Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində iqtisadiyyat ixtisası üzrə magistr təhsili alıb və fərqlənmə diplomuna layıq görülüb. 2025-ci ildə ABŞ-ın Harvard Universitetinin dövlət idarəçiliyi strategiyasının icrası üzrə kursunu bitirib.
2013-2022-ci illərdə Xarici İşlər Nazirliyində, o cümlədən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda müxtəlif diplomatik vəzifələrdə, 2022-ci ilin iyul ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində - baş məsləhətçi, sektor müdiri vəzifələrində işləyib.
Əmək fəaliyyəti dövründə bir çox yerli və xarici ölkələrdə keçirilən beynəlxalq səviyyəli tədbirlərin iştirakçısı və təşkilatçısı olub, o cümlədən 2024-cü ildə Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) göstərdiyi fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.
Evlidir, iki övladı var.

DİGƏR XƏBƏRLƏR

Top