İran uranın zənginləşdirilməsini dayandırmağa razıdır – “Al-Hadath”


İran ABŞ sanksiyalarının yumşaldıılmsı müqabilində uranın zənginləşdirilməsini dayandırmağa razılıq verib.
Yenibavaz.com
xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Telekanalın Pakistandakı mənbələrinə görə, buna İran-Amerika danışıqlarındakı vasitəçilər kömək edib.
İran rəsmiləri hələlik “Al-Hadath”ın məliumatı ilə bağlı şərh verməyiblər.
Qeyd edək ki, bundan əvvəl “Axios” portalının müxbiri Barak Ravid bazar ertəsi ABŞ rəsmisinə istinadla Trampın Tehranın İranın nüvə proqramı ilə bağlı ABŞ-nin tələblərini yerinə yetirməsi müqabilində İrana qarşı sanksiyaları yumşaltmağa, həmçinin, dondurulmuş aktivləri blokdan çıxarmağa hazır olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top